ABŞ və Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının birgə hərbi təlimi başlayıb

abs ve ereb dovletleri emekdasliq surasinin birge herbi telimi baslayib

Bu gün Küveytdə ABŞ və Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin Yaxın Şərq regionunda birgə böyük hərbi təlimi start götürüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Küveyt Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Hader bəyan edib.

 

M. əl-Hader “Qətiyyətli qartal” kod adı altında keçirilən təlimin  əsas məqsədinin Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələri və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək olduğunu bildirib. Təlim aprelin 6-da başa çatacaq.

 

Hərbi təlim bir neçə mərhələni əhatə edəcək. Bura birgə operativ planlaşdırma, komanda-qərargah təlimi, Küveytdə Hərbi Hava Qüvvələrinin iştirakı ilə səhra təlimi daxildir. Təlimdə iştirak edən texnika və hərbçilərin sayı barədə hələ məlumat verilmir.

 

Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına 6 ölkə – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Qətər daxildir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • deniz kuboku 2017 beynelxalq musabiqesi ile elaqedar metbuat konfransi kecirilib
    “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsi ilə əlaqədar mət...
  • gencede genc bloqerler mektebi nin acilisi olub
    Gəncədə “Gənc Bloqerlər Məktəbi”nin açılışı olub...
gencede genc bloqerler mektebi nin acilisi olub gencede genc bloqerler mektebi nin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ