Ayətullah Xamenei: “Düşmənin hücumuna on qat cavab verəcəyik”

ayetullah xamenei dusmenin hucumuna on qat cavab vereceyik

Düşmənin hücumuna on qat cavab verəcəyik.

 

APA-nın məlumatın görə, bunu İranın ali dini lideri Ayətullah Xamenei bu gün İslam İnqilabının banisi  İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehrandakı çıxışında deyib.

 

O,  İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyəti qürurverici, müxtəlif növ raket istehsalını və raket gücünü  ölkənin təhlükəsizliyinin təminatı adlandırıb: “Biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik.  Düşmən bilir ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik”.

 

Ayətullah Xameneinin sözlərinə görə, bəzi Avropa ölkələri  İranın sanksiyalara dözməsini, nüvə fəaliyyətindən əl çəkməsini və məhdudiyyətlərin davam etdirilməsini istəyirlər: “Mən bu dövlətlərə deyirəm, sizin xəyallarınız gerçəkləşməyəcək”.

 

Ayətullah Xamenei qeyd edib ki,  İran xalqı və dövləti nə sanksiyanın olmasını,  nə də “nüvə texnologiyasının həbsini” qəbul edəcək: “ İranın Atom Enerji Təşkilatı borcludur  ki, tez bir zamanda  Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində  sentrifuqaların sayının 190 min SWU-a (izotop ayırma qabiliyyəti) çatdırılması üçün işlərə başlasın”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ev yanib 2 nefer xilas edilib
    Bakıda ev yanıb, 2 nəfər xilas edilib
  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267