Azərbaycan nümayəndə heyəti İranın xarici işlər naziri ilə görüşüb

azerbaycan numayende heyeti iranin xarici isler naziri ile gorusub

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda İran İslam Respublikasının sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edib.

 

Azərbaycanın Tehrandakı səfirliyindən APA-nın  Tehran bürosuna verilən məlumata görə, Mərasimlərdə iştirak etdikdən sonra Ziyafət Əsgərov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb və Azərbaycan dövlətinin başsağlığını çatdırıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra Ziyafət Əsgərov İran İslam Şurası Məclisi (parlamenti) sədrinin birinci müavini Məsud Pezeşkian ilə görüşüb və Azərbaycan dövlətinin başsağlığını çatdırıb. Görüşdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

Nümayəndə heyətinə Milli Məclisin deputatları, o cümlədən Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri daxildir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

04:47 24 İyul
15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli genc ermenistanin rusiyadaki sefirliyinin qarsisinda etiraz aksiyasi kecirib
    Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşı...
  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
erdogan abs i turkiyeni aldatmamaga cagirib erdogan abs i turkiyeni aldatmamaga cagirib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ