Bağdadda partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-1

bagdadda partlayis neticesinde olenlerin sayi 18 e catib yenilenib 1

İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində 18 nəfərə çatıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin öldüyü, 93 nəfərin yaralandığı bildirilirdi.

 

Daxili işlər nazirliyinin rəsmisi Bağdadın şərqində hərbi sursatın partladığını təsdiqləyib. Partlayış silahlar avtomobilə yüklənən zaman baş verib.

 

***

 

03:11

 

İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 93 nəfər yaralanıb.

 

APA-nın məlumatına görə, bu barədə “Əs-Sümariyə” telekanalına İraq Səhiyyə nazirliyinin nümayəndəsi bildirib.

 

“Partlayışla əlaqədar xəstəxanalara 93 nəfər çatdırılıb. 70 nəfər xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb. 10 nəfərin öldüyü təsdiqlənib”, deyə nazirlik rəsmisi qeyd edib.

 

“Əl-Ərəbiyə” telekanalının xəbərinə görə, Bağdadın şərqində silah-sursat anbarında partlayış olub. Bundan əvvəl Bağdadda ardıcıl iki partlayışın baş verdiyi bildirilirdi.

 

***

 

00:47

 

İraqın paytaxtı Bağdadda ardıcıl iki partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə ikisi uşaq olmaqla 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

 

Məlumata əsasən, partlayıcı qurğular məscidin yaxınlığında işə düşüb. Yaxınlıqdakı yaşayış evlərinə ziyan dəydiyi bildirilir.

 

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini cayda batib
    Lerik sakini çayda batıb
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267