Bağdadda təkrar sayılacaq seçki bülletenlərinin saxlandığı anbarda yanğın olub

bagdadda tekrar sayilacaq secki bulletenlerinin saxlandigi anbarda yangin olub

Bu gün Bağdadda mayın 12-də ölkədə keçirilən parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin əksəriyyətinin saxlandığı anbarda yanğın olub.

 

APA-nın məlumatına görə, bu barədə "Al Sumaria" telekanalı İraq Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

 

Hazırda İraq Mülki Müdafiə Qüvvələri yanğını lokallaşdırmağa çalışır. Anbar İraq Ticarət Nazirliyinə məxsus olub və bülletenlərin saxlanılması üçün İraq Ali Seçki Komissiyasına icarəyə verilib.

 

İraqdakı bir sıra partiyalar parlament seçkilərində seçki komissiyalarının bülletenlərin sayılmasında saxtakarlığa yol verməkdə ittiham ediblər. Bülletenlərin əksəriyyətinin saxlandığı anbarda da yanğın İraq parlamentinin səslərin yenidən sayılması ilə bağlı qərar verməsi fonunda baş verib. Səslərin sayılması BMTİraq Ali Məhkəmə Şurasının təmsilçilərinin nəzarəti altında 10 min könüllünün iştirakı ilə keçirilməlidir.

 

Qeyd edək ki, mayın 12-də İraqda keçirilən parlament seçkilərində seçicilərin 44,5 faizi iştirak edib. Seçkidə şiə lider Müqtəda əs-Sədrin başçılıq etdiyi blok qalib gəlib və parlamentdə 54 yer qazanıb. İkinci yerdə İraq baş naziri Heydər əl-İbadinin başçılıq etdiyi "Nasr" bloku qərarlaşıb. "Nasr" bloku parlamentdə 42 yerə sahib olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267