Cənubi Koreyanın yeni prezidenti Pxenyana səfərin mümkünlüyünü istisna etməyib

cenubi koreyanin yeni prezidenti pxenyana seferin mumkunluyunu istisna etmeyib

Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Çje İn parlamentdə keçirilən inauqurasiya mərasimi zamanı gələcəkdə Şimali Koreyaya səfər edə biləcəyini istisna etməyib.  Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.  

 

“Lazım gələrsə, mən dərhal Vaşinqtona, şərait imkan verərsə - hətta Pxenyana da səfər etməyə hazıram”, - deyə prezident Koreya yarımadasında gərginliyi azaltmaq niyyətində olduğunu qeyd edib.  

 

“Koreya yarımadasında sülhün bərqərar olması üçün əlimdən gələni edəcəyəm”, - deyə Mun Çje İn bildirib.  

 

Qeyd edək ki, Mun Çje İn  41,08 faiz səs toplayaraq Cənubi Koreya prezidenti seçilib. Xatırladaq ki korrupsiya qalmaqalı fonunda sabiq prezident Pak Kın Xenin impiçmenti və hakimiyyətdən kənarlaşdırılması səbəbindən seçkilər vaxtından əvvəl keçirilib.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyadan turkiyeye ucan teyyare sernisinler dalasmasi sebebinden tecili enis edib
    Rusiyadan Türkiyəyə uçan təyyarə sərnişinlər dalaşması səbəb...
  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
iran turkmenistani mehkeme ile hedeleyib iran turkmenistani mehkeme ile hedeleyib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ