Əsəd: "Astanada bütün mövzuların müzakirəsinə hazıram"

esed astanada butun movzularin muzakiresine haziram

Suriya prezidenti Bəşər Əsəd yanvarın 23-də Astanada Suriya böhranının həlli ilə bağlı sülh danışıqlarında bütün mövzuları müzakirə etməyə hazır olduğunu bəyan edib.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Dəməşqdə fransalı jurnalistlərə müsahibə verən B. Əsəd deyib ki, qarşıdurmanın başa çatdırılması, yaxud Suriyanın gələcəyindən söhbət gedirsə, hər mövzu müzakirə edilə bilər. O, prezident postunu tərk etməsi ilə bağlı məsələnin müzakirəsinin də mümkün olduğunu, ancaq prezidentin hansı yollarla dəyişməsinin mümkün olduğunun Suriya Konstitusiyasında əksini tapdığını vurğulayıb.

 

Qeyd edək ki, Rusiya və Türkiyənin zaminliyi ilə imzalanan atəşkəsdən sonra Astanada keçiriləcək sülh danışıqları bu istiqamətdə ikinci addım sayılır. Atəşkəs dekabrın 30-da qüvvəyə minib, bəzi pozuntu halları olsa da, silahlar hazırda əsasən susub. İndiyə qədər ən böyük döyüşlər Dəməşqin su mənbəyi olan Barada vadisində baş verib. B. Əsəd son müsahibəsində müxaliflərin paytaxtın ən önəmli su qaynağını işğal etdiyini bildirib və ordunun həmin vadini geri alacağını vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:29 21 Fevral
16:28 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuz sakini dermandan zeherlenib
    Tovuz sakini dərmandan zəhərlənib
  • istanbulda xocali soyqirimi usaqlarin gozu ile sergisi acilib
    İstanbulda “Xocalı soyqırımı uşaqların gözü ilə” sərgisi açı...
istanbulda xocali soyqirimi usaqlarin gozu ile sergisi acilib istanbulda xocali soyqirimi usaqlarin gozu ile sergisi acilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2017

USD
1.7352
 
EUR
1.8361
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ