İran prezidenti anbarlardakı malların bazara çıxarılması barədə göstəriş verib

iran prezidenti anbarlardaki mallarin bazara cixarilmasi barede gosteris verib

İran prezidenti Həsən Ruhani ölkədə davam edən qiymət artımının qarşısını almaq üçün dövlət anbarlarındakı malların bazara çıxarılması təlimatını verib.

 

APA-nın “Milligazete”yə istinadən verdiyi məlumata görə, İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Nazirlər Şurasının iclası zamanı belə bir qərarən qəbul olunduğunu açıqlayıb. O bildirib ki, son zamanlar ölkədə baş verən qiymət artımının qarşısının alınması xüsusi nəzarətə götürülüb və İran prezidenti anbarlardakı malların əhaliyə çatdırılması üçün səlahiyyətli orqanları təlimatlandırıb.

 

Qeyd edək ki, ABŞ-ın mayın 8-də İranla imzalanan nüvə razılaşmasından çəkilməsindən sonra İranda bir çox məhsulların qiymətində kəskin artım baş verib. Dövlət bazardakı qeyri-sabitliyi nəzarət altına almaq üçün bütün valyutadəyişmə məntəqələrini bağlayıb və bank sistemindən kənar pul dəyişmələrini qadağan edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qudret qurbanov azerbaycan bayragi altinda uzen gemilerde tehlukesizliyin temin olunmasi ucun beynelxalq konvensiyalarin teleblerine ciddi riayet olunub
    Qüdrət Qurbanov: “Azərbaycan bayrağı altında üzən gəmilərdə ...
  • turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib
    TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keç...
turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269