Həsən Ruhani: “Türk dili ilə fəxr edirik”

hesen ruhani turk dili ile fexr edirik

İran prezidenti Həsən Ruhani Təbriz şəhərinə səfər edib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, “Təbriz - 2018” proqramının rəsmi açılış  mərasimində iştirak etmək üçün Təbrizə gedən və ictimaiyyət qarşısında çıxış edən H. Ruhani ölkədə türk (Azərbaycan) dilinin təşviqinə çağırıb.
 

“Türk dili ilə fəxr edirik. Bu dil İranın iftixarı və ətirli gülüdür. Mən qeyrətli Azərbaycan xalqının ədəbinə, fədakarlığına, səylərinə görə təşəkkür edirəm. Biz Urmiya gölünün bərpası, Azərbaycan dilinin inkişafı, idman və "Traktorsazi" klubu ilə bağlı verdiyimiz vədlərin arxasındayıq. Əgər hökumətin 2013-cü ildən indiyədək etdiyi çalışmalar olmasaydı, Urmiya gölündən əsər-əlamət qalmazdı” – deyə o, söyləyib.

 
H. Ruhani iqtisadi problemlərə də toxunub və bazarda gərginliyin səngiməsinə çalışdıqlarını vurğulayıb: “Mən İranın böyük xalqına və Azərbaycanın qeyrətli xalqına  söz verirəm ki, Amerika, sionistlər və regionun bəzi ərəb ölkələrinin İranın inkişafının qarşısını almaq üçün səyləri səmərəsiz olacaq. Ağ Evdə oturanlar bilsinlər ki, öz öhdəliklərinə əməl etsələr də, etməsələr də, İran xalqı onların bütün çirkli planları qarşısında var gücü  ilə duracaq”.
 

H. Ruhani İranın qeyri-neft sektorunda ixracatın artdığını və xalqın ehtiyacı olan malların təmin olunmasında heç bir narahatlığın yaşanmadığını vurğulayıb: “Əgər hər hansı bir çətinlik yaransa da, İran xalqının dəstəyi ilə həmin problemi həll edəcəyik”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273