İran Avropa İttifaqı ilə nüvə proqramını müzakirə edəcək

iran avropa ittifaqi ile nuve proqramini muzakire edecek

Bu gün Brüsseldə Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, həmçinin Almaniya, Fransa və Böyük Britaniya XİN rəhbərlərinin görüşü olacaq.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər İranın nüvə proqramına dair əldə olunmuş razılaşma ətrafında müzakirələr aparacaqlar.

 

Avropa İttifaqı diplomatiyasının rəhbəri və dörd ölkə nazirləri həmçinin ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı razılaşmaya dair son bəyanatlarını müzakirə etməyi planlaşdırırlar.

 

Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 13-də Çinin paytaxtı Pekində, bir gün sonra isə Moskvada Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında müzakirələr aparıb.

 

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. 2018-ci ilin mayında D. Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
  • meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam
    Meksika səfiri: "Bundan sonra da Azərbaycanın Meksikada, Mek...
meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273