İran DİN rəhbəri: “Prezident seçkilərinin ikinci turu gözlənilmir”

iran din rehberi prezident seckilerinin ikinci turu gozlenilmir

“İndiki şəraitdə prezident seçkilərinin ikinci turu gözlənilmir”.

 

Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli bu gün keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən deyib. 
 

O bildirib ki, namizədlərin əksəriyyətinin öz namizədliyini geri götürməsi fonunda cümə günü keçiriləcək prezident seçkilərində iki əsas namizədin mübarizə aparacağı gözlənilir. 

 

Ə. Rəhmani Fəzli deyib ki, seçkilər zamanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı narahatçılıq yoxdur: “Altı ay əvvəl təhlükəsizlik komitələri yaradılıb. Seçkilərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi şərait var”. 
 

Seçki nəticələrinin açıqlanacağı tarixə gəldikdə isə nazir nəticələrin ötən seçkilərdə olduğundan da tez elan edilməsinə çalışacaqlarını bildirib.

 
Qeyd edək ki, İranda 56 milyon 410 min nəfər səsvermə hüququna malikdir. Ölkənin Daxili İşlər Nazirliyi seçici fəallığının 70 faiz olacağını proqnozlaşdırır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ