İran XİN-in sözçüsü: “Bəzi Səudiyyə Ərəbistanı rəsmiləri əxlaqdankənar sözlər söyləyir”

iran xin in sozcusu bezi seudiyye erebistani resmileri exlaqdankenar sozler soyleyir

“Türkiyə rəsmiləri bizi iki ölkə sərhədində divar tikintisinə dair öz ideyaları ilə bağlı məlumatlandırıblar”. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi ənənəvi brifinqdə Türkiyənin İranla sərhəddə divar inşa etməsi ilə bağlı suala cavabında deyib. O bildirib ki, bu divar sərhəd xəttinin birləşdiyi nöqtədə deyil, Türkiyə ərazisində tikilir: “Biz sərhədlərin təhlükəsizliyini və sabitliyini təmin edəcək hər bir addımı alqışlayırıq. Sərhədlərin sabitliyi bizim üçün də, türkiyəlilər üçün də önəmlidir. Hər iki ölkə bu məqsədə çatmaq üçün səylərini artırmalıdır”.

 

B. Qasimi Səudiyyə Ərəbistanı ilə münasibətlərdə yaranmış gərginliyə də toxunub: “Səudiyyə Ərəbistanının bəzi rəsmilərinin əxlaqdankənar hərəkətləri və sözlərinə cavabımız budur ki, biz  gərginlik yaratmaq istəmirik və bu ölkə ilə danışıqlar aparmağa hazırıq. Ümid edirik ki, onlar öz səhvlərini başa düşəcəklər və keçmişdəki səhvlərini düzəltmək məqsədilə danışıqlar aparmaq və anlaşmaq üçün atmosfer yaradacaqlar. Lakin bu, onların regionda və xüsusilə Yəmən məsələsində siyasətini təsdiqləmək mənasına gəlmir”. (Xatırladaq ki, Səudiyyə Ərəbistanı müdafiə naziri Muhammed bin Səlman İranla mümkün müharibənin Səudiyyə sərhədlərinə çatmadan İran ərazisində aparılmasına çalışacaqlarını bəyan edib. İran müdafiə naziri Hüseyn Dehqan isə cavabında bildirib ki, Səudiyyə tərəfi hər hansı düşüncəsiz addım atsa, Məkkə və Mədinə istisna olmaqla, bütün krallıq məhv ediləcək.)

 

B. Qasimi ABŞ prezidenti Donald Trampın yaxın günlərdə Səudiyyə Ərəbistana səfəri və bəzi ərəb dövlətləri başçılarının eyni vaxtda Səudiyyə Ərəbistana toplaşması ilə bağlı suala cavabında qeyd edib ki, Ər-Riyadda keçiriləcək toplantı yeni bir şey deyil: “Bu cür toplantılar əvvəllər də Səudiyyə Ərəbistan tərəfindən təşkil olunub.  Lakin hazırkı şəraitdə Riyadda bu iclasın keçirilməsi başqa həssaslıq yaradır. Əslində Səudiyyə Ərəbistanının daxilindəki problemlər, Yəməndə üzləşdiyi problemlər, regiondakı məsələlər və hakimiyyət daxilində küncə qısılma hissi Səudiyyəni məcbur edir ki, problemlərini ört-basdır etmək üçün birlik yaratsın”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:41 24 İyul
04:47 24 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside azerbaycanli muelliflerin kitablarinin teqdimati olub
    Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı o...
  • berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi
    Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikd...
berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9856
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ