İran XİN: Suriyada sabitlik bərqərar olana qədər orada iştirakımız davam edəcək

iran xin suriyada sabitlik berqerar olana qeder orada istirakimiz davam edecek

“Bizim qənaətimizcə, Avropa İttifaqı ABŞ-ın sazişdən çıxmasına görə yaranmış durumdan çox narahatdır”. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi həftəlik mətbuat konfransında deyib. 


B. Qasimi bildirib ki, əgər Avropa İranın Hərtərəfli Birgə Fəaliyyət Planında qalmasını istəyirsə, ən qısa zamanda planın tələblərinə uyğun öhdəliklərini yerinə yetirmək üçün lazımi mexanizmləri təqdim etməlidir: “Əlbəttə, Rusiya və Çin də öz öhdəliklərini yerinə yetirməlidir. Belə bir nəticə əldə olunmalıdır ki, bu gün ABŞ-ın iştirakı olmadan da plan çərçivəsində əməkdaşlıq davam etdirilə bilər. Biz nikbinik, lakin  qarşı tərəf İranın razılığını əldə etməlidir”. 
 

B. Qasimi İranın Suriyada iştirakı ilə bağlı suala cavabında qeyd edib ki, bu məsələdə İran və Suriyanın mövqeyi tam aydındır: “Bizim danışıqlarımız Astana prosesi çərçivəsində aparılır.  Ötən gün iki ölkənin prezidentlərinin görüşü olub. Bizim Suriyadakı iştirakımız Suriya dövlətinin istəyi ilədir və məqsədimiz terrorizmlə mübarizədir. Rusiya rəsmilərinin adından yayılan məlumatlar öz təsdiqini tapmayıb və bizim əməkdaşlığımız Suriyada sabitlik bərqərar olanadək davam edəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267