İranda SEPAH-la terrorçular arasında atışma olub

iranda sepah la terrorcular arasinda atisma olub

Bu gün səhər İranda Mircavə sərhəd bölgəsində SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) ilə terror qruplaşması arasında atışma baş verib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, Pakistan ərazisindən bir qrup terrorçu  İran sərhədçilərinin postuna hücum edib, postu ələ keçirməyə cəhd göstərib.  Sərhədçilər qarşılıq verib, atışma baş verib, əlavə qüvvələrin yardımı ilə terrorçular geri çəkilmək məcburiyyətində qalıb.

 

Atışma nəticəsində terrorçulardan 3 nəfər məhv edilib, bir neçə nəfər yaralanıb və digərləri Pakistan ərazisinə qaçıb. 

 

SEPAH qüvvələrini daşıyan avtomobil minaya düşüb, nəticədə 2 nəfər həlak olub, 2 nəfər yaralanıb. Terrorçuların hücumu zamanı sərhəd polisindən də bir zabit  həlak olub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267