İranda təbliğat kampaniyası başa çatıb

iranda tebligat kampaniyasi basa catib

İran Daxili İşlər Nazirliyi cümə günü prezident seçkilərində rəqabət aparacaq namizədlərin yekun siyahısını elan edib. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, seçkilərdə Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimitəba mübarizə aparacaq. Lakin Mustafa Mirsəlim İbrahim Rəisini, Mustafa Haşimitəba isə prezident Həsən Ruhanini dəstəklədiyini açıqlayıb.
 

Bu gün təbliğat üçün ayrılan vaxt başa çatıb. Təbliğat-təşviqat kampaniyasının son günündə 2 əsas namizəd – hazırkı prezident Həsən Ruhani və İbrahim Rəisi Məşhəd şəhərində öz tərəfdarları qarşısında çıxış ediblər. Seçki Qərargahının Təhlükəsizlik Komitəsi elan edib ki, seçkilərin təhlükəsizliyini könüllülər, polis və SEPAH həyata keçirəcək.
 

Xatırladaq ki, İranda növbəti prezident seçkiləri cümə günü keçiriləcək. Ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir. Səsvermə 62 min səsvermə məntəqəsində baş tutacaq.

 

Mayın 19-da prezident seçkiləri ilə yanaşı, V dövr şəhər və kənd şuraları seçkiləri də keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli genc ermenistanin rusiyadaki sefirliyinin qarsisinda etiraz aksiyasi kecirib
    Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşı...
  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
erdogan abs i turkiyeni aldatmamaga cagirib erdogan abs i turkiyeni aldatmamaga cagirib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ