İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirib

israil aviasiyasi hemas in movqelerine zerbeler endirib

İsrail Hərbi-Hava Qüvvələri HƏMAS hərəkatının Qəzza zolağının şimalında yerləşən mövqelərinə zərbələr endirib.

 

APA-nın məlumatına görə, bu barədə İsrail müdafiə ordusunun “Tvitter”ində məlumat yayılıb.

 

Məlumata görə, bundan əvvəl İsrailin Sderot şəhəri Qəzza istiqamətindən atəşə tutulub.

 

“Bir neçə dəqiqə əvvəl qırıcı təyyarələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın mövqelərinə zərbələr endirib. Əməliyyatı zamanı 4 hədəf məhv edilib - onlardan dördü terrorçuların hərbi kompleksi, üçü isə silah istehsalına aiddir”, məlumatda deyilir.

 

Rəsmi Tel-Əviv bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti HƏMAS hərəkatının üzərinə qoyub. ABŞ-ın Qüds ilə bağlı məlum qərarından sonra HƏMAS İsrailə qarşı raket hücumlarını artırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027