Kabildə hospitala hücum nəticəsində 30-dan çox insan ölüb- YENİLƏNİB-4

kabilde hospitala hucum neticesinde 30 dan cox insan olub yenilenib 4

Əfqanıstan təhlükəsizlik qüvvələri saatlarla davam edən atışmadan sonra Kabildə hərbi hospitala hücum edən silahlıların hamısını məhv edib.

 

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında hospitala 5 silahlı hücum çəkib.

 

Silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq hospitalın girişində partlayış törədib. Digər 4 silahlı həkim xələtində hospitala daxil olub. Əfqanıstan Daxili İşlər Nazirliyi artıq əməliyyatın tam başa çatdığını, hospitaldakı silahlıların hamısının öldürüldüyünü açıqlayıb.

 

Hospitala hücum nəticəsində 30-dan çox insan ölüb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. 

 

***

 

saat 14.08

 

İŞİD terror təşkilatı Əfqanıstan paytaxtında hərbi hospitala hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın məlumatına görə, hospitalda olan silahlılardan ikisi hələ də müqavimət göstərir.

 

Silahlıların hücumu nəticəsində ölü və yaralıların da sayı artır. Son məlumata görə, 4 nəfər ölüb, 66 nəfər yaralanıb. 

 

***

 

saat 13.33

 

Kabildə hərbi hospitala hücum nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb, 54 nəfər xəsarət alıb.

 

APA-nın Tolo telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bundan əvvəl 2 nəfərin öldüyü, 29 nəfərin yaralandığı açıqlanıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ səfirliyi yaxınlığında yerləşən hərbi hospitalda əvvəlcə güclü partlayış olub, sonra atışma başlayıb. Yerli mətbuat 4 silahlının hospitala daxil olduğunu, beşinci silahlının hospitalın giriş qapısında üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partlatdığını yazıb.

 

Əfqanıstan təhlükəsizlik qüvvələri silahlılardan ikisini zərərsizləşdirib. Hospitalın daxilində olan iki silahlı müqavimət göstərməkdə davam edir.

 

Hələ hücuma görə heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

 

***

 

saat 10.16

 

Kabildə hərbi hospitala hücum nəticəsində ən azı bir xəstə və bir hospital əməkdaşı ölüb.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hərbi hospitala hücum edənlər ağ həkim xələtində olublar.

 

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ səfirliyi yaxınlığında yerləşən hərbi hospitalda əvvəlcə güclü partlayış olub, sonra atışma başlayıb. Yerli mətbuat 4 silahlının hospitala daxil olduğunu, beşinci silahlının hospitalın giriş qapısında üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partlatdığını yazıb.

 

Hələ hücuma görə heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

 

 

***

 

saat 09.20

 

Bu gün səhər saatlarında Əfqanıstan paytaxtında güclü partlayış olub.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış ABŞ səfirliyi yaxınlığındakı hərbi hospitalda olub.

 

Partlayışdan sonra atışma olub. Partlayış nəticəsində ölü və yaralıların olub-olmadığı barədə hələ məlumat verilmir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celilabadda magaza yanib
    Cəlilabadda mağaza yanıb
  • isvecrede mugam axsamlari kecirilib
    İsveçrədə muğam axşamları keçirilib
isvecrede mugam axsamlari kecirilib isvecrede mugam axsamlari kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ