Kərküklü jurnalist: “Bağdad seçki ilə bağlı ədalətli qərar verməsə, xalq küçələrə çıxacaq”

kerkuklu jurnalist bagdad secki ile bagli edaletli qerar vermese xalq kucelere cixacaq

”Türkmənlərin haqlarının tapdanması durumunda xalq küçəyə çıxacaq”.


Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında İraqın Kərkük şəhərində nəşr olunan “Kərkükün səsi” qəzetinin məsul katibi Güngör Yavuz Aslan deyib.

 

“Kərkükdə səslərin əllə sayılması dayandırılaraq seçki qutuları Bağdada aparılıb. Bölgədəki son vəziyyət barədə nə demək istərdiniz?” - sualına Y. G. Aslan belə cavab verib:

 

“Mayın 12-də keçirilən parlament seçkisində sadəcə türkmənlərin yaşadığı bölgələrdə İraq Kürdüstan Yurdsevərlər Birliyi birinci yerə çıxmışdı. Halbuki oralarda kürd yaşamır. Türkmənlər buna etiraz etdilər. İraq Mərkəzi  Seçki Komissiyası bölgədə səslərin əllə sayılmasına qərar verdi. 400 qutu açılandan sonra məlum oldu ki, bölgədəki səsvermədə türkmənlərin namizədləri qələbə qazanıb, ona görə səslərin sayılmasını dayandırıb, dedilər ki, bununla bağlı Bağdad qərar versin. İraq Türkmən Cəbhəsinin sədri Ərşad Salehinin açıqlamasını gözləyirik. Bağdad ədalətli qərarı gecikdirsə, Salehi xalqı küçəyə çıxmağa çağıracaq”.
 

G. Y. Aslan bölgədəki haqsızlığa qarşı ərəblərin də türkmənlərlə birlikdə mübarizə apardığını və dinc aksiyalara start verilməsi halında türkmənlərin haqlarını müdafiə etmək üçün ərəblərin də küçələrə çıxacağını sözlərinə əlavə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268