Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb - YENİLƏNİB

qezzada toqqusmalar neticesinde 4 felestinli olub yenilenib

İyunun 8-də Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, 600-dən çoxu xəsarət alıb.

 

APA-nın məlumatına görə, bu barədə Fələstinin “WAFA” agentliyi xəbər verib.

 

Məlumata əsasən, Xan-Yunis yaşayış məntəqəsinin yaxınlığında İsrail hərbçiləri biri 15 yaşlı yeniyetmə olmaqla, 2 fələstinlini güllələyərək öldürüblər.

 

Daha 2 nəfər isə sektorun inzibati mərkəzi Qəzza yaxınlığındakı şəhərdə və Cabaliyədə öldürülüb. 

 

***

 

20:20

 

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

 

“Bu gün Qəzzanın şərq sərhədində toqquşmalar nəticəsində 2 nəfər ölüb, daha 514 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə Əşrəf əl-Kidra qeyd edib.

 

İsrail tərəfinin hesablamalarına görə, bugünkü aksiyada 10-dək etirazçı iştirak edib.

 

Martın 30-dan etibarən fələstinlilər Qəzza zolağının sərhədində Böyük Qayıdış Yürüşünə başlayıb.  Yürüşdə məqsəd dünya ictimaiyyətinin diqqətini müxtəlif illərdə hazırkı İsrail ərazisində öz evlərindən qovulmuş fələstinlilərin probleminə cəlb etməkdir. İndiyədək İsrail hərbçiləri ilə toqquşmalarda 125 fələstinli ölüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267