Rusiya MN: “Hmeymim” bazasını atəşə tutanlar məhv edilib

rusiya mn hmeymim bazasini atese tutanlar mehv edilib

Rusiya xüsusi təyinatlıları dekabrın 31-də Suriyadakı “Hmeymim” bazasını atəşə tutmuş diversantları zərərsizləşdirib.

 

APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

 

Bildirilir ki, xüsusi əməliyyatda Rusiyanın Suriyadakı çoxsəviyyəli kəşfiyyat sisteminin bütün qüvvələri iştirak edib. Məlum olub ki, terrorçular İdlib vilayətinin qərb sərhədi yaxınlığında mövqe tutublar. Onlar yüksək dəqiqliyə malik “Krasnopol” döyüş sursatı ilə məhv edilib.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən dekabrın 31-də Suriyadakı “Hmeymim” aviabazası mobil təxribat qrupunun hücumuna məruz qalıb. Hücum nəticəsində iki hərbçi ölüb. Bəzi hərbi təyyarələrin zərər gördüyü də bildirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • movlud cavusoglu azerbaycana sefer edecek yenilenib
    Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək - YENİLƏNİB...
  • yug teatrinin yeni direktoru kollektive teqdim edilib
    YUĞ Teatrının yeni direktoru kollektivə təqdim edilib
yug teatrinin yeni direktoru kollektive teqdim edilib yug teatrinin yeni direktoru kollektive teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027