Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan iki raketi vurub

seudiyye erebistani herbcileri yemenden atilan iki raketi vurub

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan iki raketi vurub.

 

APA-nın məlumatına görə, bu barədə “Sky News Arabia” xəbər verib.

 

Məlumata əsasən,  Nəcran şəhərinə istiqamətlənən raketlərin biri Yəmən ərazisinə, digər isə sərhədyanı boş əraziyə düşüb. Əhali arasında itki qeydə alınmayıb. Bildirilir ki, raketlər Yəməndəki üsyançı husilər tərəfindən atılıb.

 

Ümumilikdə,  2014-cü ildən etibarən Yəməndən Səudiyyə Ərəbistanı ərazisinə 100-dən çox raket atılıb.   

 

Qeyd edək ki, Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267