Səudiyyə generalı: "Krallıq terrorizmlə mübarizə üçün beynəlxalq mərkəzin yaradılmasını təklif edib" - MÜSAHİBƏ

seudiyye generali kralliq terrorizmle mubarize ucun beynelxalq merkezin yaradilmasini teklif edib musahibe

Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyinin rəsmi təhlükəsizlik sözçüsü, general Mansur Sultan Əl Turkinin APA-ya müsahibəsi

 

- Səudiyyə Ərəbistanı Krallığı mürəkkəb coğrafi məkanda yerləşir. Daxili İşlər Nazirliyi cinayətkarlıq və terrorla mübarizə sahəsində işini necə qurur?

 

- Krallıq uzunmüddətli strategiya əsasında terrorizmə qarşı mübarizə aparır. Bu strategiya indi sadalayacağım proseslər vasitəsilə radikallaşmanın qarşısını almaq, terrorizm və onun maliyyələşməsi ilə mübarizə məqsədi daşıyır. Bu məqsədlə biz terrorizm və onun maliyyələşməsi ilə bağlı istənilən fəaliyyətə görə cinayət məsuliyyəti müəyyənləşdiririk, maliyyə vəsaiti toplanması və xeyriyyə tədbirləri həyata keçiririk. Həmçinin çalışırıq ki, terrorizmlə bağlı ideologiya, radikallaşma, maliyyələşmə prosesi və terrorizmlə bağlı fəaliyyətləri müəyyənləşdirən qanunlarla bağlı cəmiyyət daha çox məlumatlı olsun. Terrorizmə və onun maliyyələşməsinə qarşı mübarizədə qanunların gücünü artırmaq, ölkə sərhədlərini müdafiə etmək və hədəfə alınmış obyektləri qorumaq üçün təhlükəsizlik qüvvələrinin gücünü artırırıq. Cəmiyyətlə birlikdə terror planlarını üzə çıxarmaq, terrorçuların sığınacaqlarını aşkar etmək və ətraflarına yeni insanlar toplamaqla məşğul olan terrorçuları həbs etmək üçün kəşfiyyatı inkişaf etdirir, terrorizmə və onun maliyyələşməsinə qarşı mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq qururuq. Səudiyyə Ərəbistanı Krallığında terrorizmlə bağlı cinayətlərə görə cəza çəkən vətəndaşlar üçün reabilitasiya proqramı və mərkəzlər fəaliyyət göstərir. Həmçinin biz dustaqların cəza çəkdiyi həbsxana şəraitini və xidməti təkmilləşdirməklə, ən yaxın ailə üzvləri və cəmiyyətlə sosial əlaqələrini gücləndirərək onları radikallaşmadan qorumağa çalışırıq.

2001-ci ilin martından bu yana Krallıqda 138-dən çox terror aktı törədilib. Bu aktlar nəticəsində dinc sakinlər və polislər daxil olmaqla 219 nəfər ölüb, 800 nəfər yaralanıb.

- Terrorçular Səudiyyə Ərəbistanında terrorun daha çox hansı formalarına əl atırlar?

 

- Səudiyyə Ərəbistanı Krallığında terrorçular əsasən “Şəhid kəməri”ndən istifadə etməklə intihar aktı törədirlər. Bundan başqa, onların seçdiyi ənənəvi formalardan biri polislərə silahlı hücumlar təşkil etməkdir.

 

- Ölkədə törədilən terror aktlarının statistikasını açıqlamanızı istərdik. İl ərzində törədilən terror aktları nəticəsində ölkəyə təqribən nə qədər ziyan dəyir? Terror qurbanlarının sayı il ərzində ortalama nə qədərdir?

 

- 2001-ci ilin martından bu yana Krallıqda 138-dən çox terror aktı törədilib. Bu aktlar nəticəsində dinc sakinlər və polislər daxil olmaqla 219 nəfər ölüb, 800 nəfər yaralanıb. 2014-cü ilin 25 oktyabrından 2015-ci ilin 14 oktyabrına kimi ölkədə 21 terror aktı törədilib, bu aktlar 65 nəfərin ölümü və 99 nəfərin yaralanması ilə nəticələnib. 2015-ci ilin 15 oktyabrından 2016-cı ilin 3 oktyabrına kimi törədilən 34 terror aktı nəticəsində 31 nəfər ölüb, 78 nəfər yaralanıb. 2016-cı ilin 3 oktyabrından bu ilin 22 fevralına kimi isə 9 terror aktı törədilib ki, nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

- İŞİD-lə mübarizə təbii ki, Səudiyyə Ərəbistanı Krallığının əsas fəaliyyət istiqamətlərindən biridir. Krallıq həm ölkə daxilində, həm də ölkədən kənarda - Suriya və digər yerlərdə İŞİD-ə qarşı necə mübarizə aparır?

 

- Biz gənclərin İŞİD tərəfindən radikallaşmasının qarşısını almaq üçün cəmiyyətlə birlikdə işləyirik və terror fəaliyyəti ilə bağlı istənilən hadisələri araşdırır və aşkar edirik. İnsanların istənilən terror cəhdi ilə bağlı məlumat verməsi üçün 990 nömrəli "Qaynaq xətt" hər zaman açıqdır. Bu kanal vasitəsilə verilən məlumat hüquqi addım atılmazdan əvvəl araşdırılır və dəqiqləşdirilir. Biz radikallaşma proseslərini izləyirik, dövlət orqanları və cəmiyyətlə onların məsuliyyəti çərçivəsində buna qarşı fəaliyyət göstərmək və bununla bağlı istənilən fəaliyyətin qarşısını almaq üçün əməkdaşlıq edirik. Terrorizmlə bağlı fəaliyyətlərin müəyyənləşdirilməsi, ona qarşı mübarizə aparmaq və istənilən təhlükəsizlik çağırışına dərhal reaksiya vermək üçün bütün təhlükəsizlik qüvvələrinin vasitələrini cəlb edirik. Həmçinin maliyyə köçürülməsi ilə bağlı səylərin araşdırılması və qarşısının alınması üçün maliyyə institutları ilə işləyirik, maliyyə toplamaları və xeyriyyə tədbirləri ilə bağlı istənilən qanunsuz çağırışa qarşı qanunu və fəaliyyəti gücləndiririk. Terrorçu qruplara və istənilən münaqişələrə cəlb olunmuş vətəndaşlarımızı izləyirik, onların qanunu pozmaqdan daşınmaları, daha təhlükəsiz olacaqları evlərinə qayıtmaları üçün ailələri ilə işləyir, cəmiyyətə daxil olmazdan əvvəl onları reabilitasiya edirik. İstənilən məhkum olunmuş vətəndaşın reabilitasiya proqramından keçməsini təmin edirik.

 

- Terrorla, əsasən də İŞİD-lə mübarizədə beynəlxalq güclər, eləcə də digər ölkələrlə əməkdaşlıq necə qurulur?

Terrorçu qruplara və istənilən münaqişələrə cəlb olunmuş vətəndaşlarımızı izləyirik, onların qanunu pozmaqdan daşınmaları, daha təhlükəsiz olacaqları evlərinə qayıtmaları üçün ailələri ilə işləyir, cəmiyyətə daxil olmazdan əvvəl onları reabilitasiya edirik. İstənilən məhkum olunmuş vətəndaşın reabilitasiya proqramından keçməsini təmin edirik

- Biz beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizdə əməkdaşlıq etməsinin vacibliyinə inanırıq. Bu baxımdan biz terrorçuları hədəfə almaqda kömək edə biləcək, onların sui-qəsd cəhdi və planlarını pozacaq, sığınacaqlarını aşkara çıxaracaq məlumatları mübadilə etmək üçün təxirəsalınmaz təhlükəsizlik kanallarının yaradılmasını dəstəkləyirik. Krallıq terrorizmə qarşı birgə mübarizə aparmaq üçün beynəlxalq mərkəzin yaradılmasına çağırış edib. Bu mərkəzin yaradılmasına maddi cəhətdən dəstək verib, bu mərkəzin terrorizmə və onun maliyyələşməsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığa yol açacağını gözləyirik.

 

- Ölkənizdə DİN-in Terrorçuların Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz haqqında məlumat vermənizi istərdik. Mərkəzdə reabilitasiya keçən terrorçular arasında xarici ölkələrin, o cümlədən Azərbaycan vətəndaşları olubmu?

 

- Mərkəz 2007-ci ildə yaradılıb və terrorizmə cəlb olunmuş Səudiyyə vətəndaşlarının həbsxanadan cəmiyyətə buraxılmazdan əvvəl reabilitasiyasını nəzərdə tutur. Proqrama həmçinin bu işdə cəmiyyətin rolu da daxildir. Buna görə də mərkəz daha çox Səudiyyə xalqına xidmət edir. Yalnız bir halda başqa millətə xidmətə göstərmişik. Quantanamo həbsxanasından çıxan 13 yəmənli məhbusun ailəsi Səudiyyə Ərəbistanında yaşadığı üçün onlar burada məskunlaşıb.

 

- Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığınız varmı?

 

- Krallıq terrorizmə qarşı mübarizədə istənilən əməkdaşlığı alqışlayır. Lakin biz Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı zəruri edəcək hər hansı vəziyyətlə qarşılaşmamışıq.

 

- İŞİD-ə qoşulanlar arasında həm Səudiyyə Ərəbistanı, həm də Azərbaycan vətəndaşlarına rast gəlinir. Belə şəxslərin müəyyənləşdirilib zərərsizləşdirilməsi istiqamətində iki ölkə arasında birgə fəaliyyət qurulubmu?

 

- Biz Səudiyyə vətəndaşlarını izləyirik, lakin Azərbaycanla bağlı ola biləcək hər hansı qiymətli məlumat əldə etməmişik.

 

-  Ölkənizin həbsxanalarında cəza çəkənlər arasında Azərbaycan vətəndaşları varmı?

 

- Bizim həbsxanalarımızda Azərbaycana vətəndaşı yoxdur.

 

-  Soyadınızdakı Turki ifadəsi diqqətimizi çəkdi. Bu, Sizin türk əsilli olmağınızın göstəricisidir, yoxsa başqa mənası var?

 

- Soyadımdakı Turki ifadəsi hər hansı etnik mənsubiyyət və ya subyektlə bağlı deyil. Bu mənim babamın adı ilə bağlıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
10:23 22 Mart
20:11 21 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kiyev meriyasinda novruz bayrami qeyd edilib
    Kiyev meriyasında Novruz bayramı qeyd edilib
  • sofiyada novruz bayrami qeyd olunub
    Sofiyada Novruz bayramı qeyd olunub
sofiyada novruz bayrami qeyd olunub sofiyada novruz bayrami qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ