Sinqapurda ABŞ və KXDR nümayəndə heyətlərinin görüşü keçiriləcək

sinqapurda abs ve kxdr numayende heyetlerinin gorusu kecirilecek

İyunun 11-də Sinqapurda ABŞ və KXDR nümayəndə heyətlərinin görüşü keçiriləcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.

 

“Sabah səhər saatlarında ABŞ-ın Filippindəki səfiri Sun Kimin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Koreya Koreya rəsmiləri ilə görüşəcək”, deyə S.Sanders qeyd edib.

 

Onun sözlərinə görə,  Sinqapura gəldikdən sonra ABŞ prezidenti Donald Tramp vaxtını əməkdaşları ilə keçirib, müvafiq sənədlərlə tanış olub. ABŞ prezidentini Sinqapura səfərdə dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik üzrə müşavir Con Bolton və Ağ Ev aparatının rəhbəri Con Kelli müşahidə edir.

 

Xatırladaq ki, D.Tramp iyunun 12-də Şimali Koreya lideri Kim Çen İnlə Sinqapurda Sentos adasındakı "Capella" otelində görüş keçirəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267