Son iki gündə İranda yol-nəqliyyat hadisələri nəticəsində 50 nəfər ölüb

Son iki gündə İranda yol-nəqliyyat hadisələri nəticəsində 50 nəfər ölüb, 400 nəfər yaralanıb. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, polis Novruz bayramı ilə əlaqədar istirahət günlərində qəzaların sayını azaltmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. 
 

İran Yol Polisinin rəhbəri Məhəmməd Hüseyn Həmidi bu gün Tehranın giriş və çıxışına vertolyotla baxış keçirib.

 

Jurnalistlərə açıqlama verən M. Həmidi deyib ki, yol qəzalarına səbəb yorğunluq, yuxusuzluq, sürət həddini aşma və ötmə qaydalarının pozulmasıdır. “İstirahət günlərində səfərlər 20 faiz artacaq. Polis yol qəzalarının qarşısını almaq üçün genişmiqyaslı əməliyyata başlayıb və qanunu pozan sürücülər cəzalandırılacaqlar”. 
 

Polis yollarda müşahidə kameraları və nəzarət texnikasının sayını artırıb. 
 

Qeyd edək ki, İranda hər il yol-nəqliyyat hadisələri minlərlə insanın ölümünə və xəsarət almasına səbəb olur. Hər il Novruz bayramı günlərində qəzaların sayı artır. Ötən il Novruz bayramı günlərində İranda  ölümlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi baş verib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan tebii qaz ixracini 27 artirib
    Azərbaycan təbii qaz ixracını 27% artırıb
  • haciqabulda bas veren yol qezasinda baci qardas xesaret alib
    Hacıqabulda baş verən yol qəzasında bacı-qardaş xəsarət alıb...
haciqabulda bas veren yol qezasinda baci qardas xesaret alib haciqabulda bas veren yol qezasinda baci qardas xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ