Suriya ordusunun aviabazalarına raket zərbələri endirilib - YENİLƏNİB

suriya ordusunun aviabazalarina raket zerbeleri endirilib yenilenib

Aprelin 17-ə keçən gecə Suriyanın Hüms əyalətindəki  “Şayrat”  aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna raket zərbələri endirilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Suriyanın havadan müdafiə sistemləri “Şayrat” aviabazasına atılan 6 raketi vurub. Daha 3 raket Dümeyrə çatmamış vurulub.

 

“Al Masdar” portalının məlumatına əsasən, zərbələr Suriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. Məlumat rəsmi olaraq Suriya hökuməti tərəfindən təsdiqlənməyib.

 

İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur.

 

“Al-Masdar”-ın digər məlumatına əsasən, Suriya havadan müdafiə sistemləri ölkənin hava məkanını pozan hərbi təyyarələr istiqamətində bir neçə raket buraxıblar.

 

İsrail Müdafiə Ordusunun mətbuat xidməti Suriyadakı insidentlə bağlı onlarda heç bir məlumatın olmadığını bildirib.

 

 ***

 

02:33

 

Suriyanın Hüms əyalətində yerləşən  “Şayrat”  aviabazasına raket zərbələri endirilib.

 

APA-nın məlumatına görə, bu barədə yerli SANA agentliyi xəbər verib.

 

Məlumata görə,  Suriya ordusunun havadan müdafiə sistemləri zərbələri dəf edir. Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil. “Al Masdar” portalının məlumatına əsasən, aviabazaya zərbələr İsrail Hərbi-Hava Qüvvələri tərəfindən endirilib.

 

Qeyd edək ki, ötən ilin aprelində  ABŞ-ın Aralıq dənizindəki gəmilərindən “Şayrat” aviabazası istiqamətində 59 "Tomahawk" raketi buraxılıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ikimertebeli magazada guclu yangin bas verib
    Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib ...
  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267