Tramp: “Nüvə təhlükəsi aradan qalxanadək Şimali Koreyaya qarşı sanksiyalar davam edəcək”

tramp nuve tehlukesi aradan qalxanadek simali koreyaya qarsi sanksiyalar davam edecek

“Biz bu gün hərtərəfli əməkdaşlığa dair saziş imzaladıq və düşünürəm ki, Kim Şimali Koreyaya çatanda prosesə tezliklə başlayacaq”. 

 
APA-nın "Foxnews"a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Sinqapurda Şimali Koreya lideri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. 
 
D. Tramp bildirib ki, Kim Çen Inın ölkəsi üçün yaxşı gələcək yaratmaq şansı var: “Hamı müharibə edə bilər, amma ən cəsarətli şəxslər sülh yarada bilər. Biz yeni tarix üçün hazırlıq gördük. Biz yeni səhifələr yazmağa hazırıq. Keçmiş gələcəyi müəyyən etməməlidir. Bu, dünyanın tarixində ən mühüm anlardan biridir”. 
  
D. Tramp qeyd edib ki, Kim Çen In bu cür danışıqları başlatmaq üçün ondan əvvəlki ABŞ prezidentlərinə etimad göstərmədiyini söyləyib. O, görüş və anlaşmanın Şimali Koreya qədər ABŞ üçün də önəmli olduğunu vurğulayıb.

 

Bununla belə, D. Tramp Şimali Koreyaya qarşı sanksiyaların davam edəcəyini deyib. Onun sözlərinə görə, nüvəsizləşmə uzun prosesdir: "Şimali Koreyaya qarşı tətbiq edilmiş sanksiyalar nüvə təhlükəsinin aradan qalxdığına əmin olduğumuz zaman ləğv ediləcək. Mən sanksiyaları ləğv edəcəyim anı səbirsizliklə gözləyirəm”.

 

D. Tramp Şimali Koreyalı həmkarına həqiqətən də güvəndiyini vurğulayıb: “Bəli, Kimlə görüşmək böyük məsuliyyət idi. Amma bu, hər birimiz üçün yaxşı oldu. Mən Kimə inanıram. Düşünürəm ki, o bu razılaşdıqlarımızın gerçəkləşməsini istəyir”.

 

O, 70 ildən artıqdır, davam edən Koreya müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini deyib.

 
ABŞ prezidenti Sinqapura bu sammitə uğurla ev sahibliyi etdiyi üçün təşəkkürünü çatdırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267