ABŞ səfirliyinin Qüdsə köçürülməsi dünyada narahatlıqla qarşılanıb

abs sefirliyinin qudse kocurulmesi dunyada narahatliqla qarsilanib

Dünyanın bir çox yerində Qüdsdə (Yerusəlim) ABŞ səfirliyinin açılması sərt reaksiyalara səbəb olub.

 

APA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarını uğursuz adlandıraraq, bildirib ki, paytaxtı Şərqi Qüds olan müstəqil, hegemon bir Fələstin dövlətinin qurulmasının bölgədə sülh və barışığın bərpası üçün yeganə yoldur.

 

“Beynəlxalq hüququ çeynəyən, BMT qərarlarına zidd olan bu qərarı rədd edirik. ABŞ son addımı ilə problemin həllini yox, problemin bir parçası olmağı seçərək Yaxın Şərqdə vasitəçi rolunu itirib. Beynəlxalq ictimaiyyət tez bir zamanda Fələstin xalqına yönəlmiş bu addımları dayandırmaq üçün hərəkətə keçməlidir”, - deyə o vurğulayıb.

 

İran xarici işlər naziri Cavad Zərif isə “Twitter” səhifəsində ABŞ səfirliyinin Qüdsə qeyri-qanuni köçürüldüyünü qeyd edib və bildirib ki, bu gün biabırçı gündür.  

 

Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoşihide Suga da ABŞ səfirliyinin Qüdsə köçürülməsinin Yaxın Şərqdəki gərginliyi artıracağına dair narahatlığını ifadə edib. O bildirib ki, Yaponiya bu qərarın Yaxın Şərqdə sülh prosesini daha da çətinləşdirəcəyini düşünür”.

 

Fələstin Dövlətinin lideri Mahmud Abbasın köməkçisi Saeb Erekat da Donald Trampın bu qərarını kəskin tənqid edib və bildirib ki, ABŞ hökuməti yalanlar üzərində qurulub.

 

 

Tramp komandasının keyfiyyətsiz olduğunu deyən S. Erekat qeyd edib ki, Vaşinqton artıq bölgədəki sülh prosesinin təminatçı kimi çıxış edə bilməz: “Tramp administrasiyası problemin bir parçası oldu. Dünya gerçək liderlərə ehtiyac duyur”.

 

İran parlamentinin sədri Əli Laricani isə bəyan edib ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi Yaxın Şərqdəki gərginliyi daha da alovlandıracaq. O qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sazişdən çıxması və səfirliyin Qüdsə köçürülməsi kimi qərarlar regionda və dünyada təzyiqi artıracaq. Laricani müsəlman dövlətləri Trampa qarşı ciddi addımlar atmağa çağırıb.

 

Rusiyalı diplomat Mixail Boqdanov da Trampın bu qərarını qınayaraq İsrail-Fələstin gərginliyinin daha da güclənəcəyini deyib. O, ABŞ-ı Qəzza zolağında baş verən hadisələrə görə günahlandırıb və ABŞ səfirliyinin köçürülməsinin fələstinlilərlə israillilər arasında böyük miqyaslı qarşıdurmalara səbəb ola biləcəyini bildirib.

 

Avropa ölkələrinin xarici işlər nazirləri də ABŞ-ın bu qərarını ağılsız və regionda gərginliyi artıran səbəb adlandırıb.

 

BMT baş katibi Antonio Quterreş isə Qəzza zolağında insan ölümləri ilə bağlı narahatlığını ifadə edib.

 

Livanın baş naziri Saad Hariri ABŞ-ın bu addımını bölgədə sülhə doğru addımlar üçün bütün qapıları bağlayan təxribat adlandırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
  • meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam
    Meksika səfiri: "Bundan sonra da Azərbaycanın Meksikada, Mek...
meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273