Türkiyənin müdafiə naziri: “Rusiyadan “S-400” alınması barədə yekun danışıqlar aparılır”

turkiyenin mudafie naziri rusiyadan s 400 alinmasi barede yekun danisiqlar aparilir

“Bu sistemləri NATO-ya inteqrasiya etməyəcəyik”

 

Türkiyənin müdafiə naziri Fikri İşıq “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı Rusiya ilə yekun danışıqlar aparıldığını açıqlayıb.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, F. İşıq Türkiyənin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirib.

 

F. İşıq deyib ki, Türkiyə NATO-ya inteqrasiya edilə biləcək hava hücumundan müdafiə sistemləri almağa üstünlük versə də, belə komplekslərə malik NATO-ya üzv ölkələr çox yüksək qiymət açıqlayıb, bu silahların hazırlanma texnologiyası ilə bağlı Türkiyə ilə məlumatları bölüşmək istəməyib: Sonra Türkiyə başqa ölkələrdən belə silahların alınması ilə bağlı danışıqlar aparanda qiyamət qoparmağa başladılar. Bu, qəbul edilə bilməz. Türkiyənin hava hücumundan müdafiə sistemləri ilə bağı ehtiyacının təmin edilməsi istiqamətində bir çox işlər görülüb. “S-400” məsələsi ilə bağlı yekun danışıqlar aparılır. Müzakirələr müsbət yekunlaşarsa, “S-400” alınması ilə bağlı müqaviləyə imza atılacaq. Ya NATO Türkiyənin bu sahədə ehtiyacını təmin edəcək. Ya da Türkiyəni bu məsələ ilə bağlı tənqid etməyəcək. Biz “S-400” alan zaman bu sistemləri NATO-ya inteqrasiya etməyəcəyik, Türkiyənin milli sistemi olaraq istifadə edəcəyik”.

 

F. İşıq Türkiyənin milli uzaq mənzilli raket və hava hücumundan müdafiə sistemi yaratması üzərində iş apardığını da açıqlayıb: “Bunun üçün 5-7 illik bir zamana ehtiyacımız var. Bu sahədə gərgin iş aparılır”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ali mekteb telebeleri arasinda informatika uzre umumrespublika olimpiadasi na start verilib
    “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespub...
  • gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib
    Gömrük nəzarətindən gizlədilən 129 qram qızıl aşkarlanıb...
gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ