Türkiyə parlamentinin sədri: “Körfəz ölkələri Fələstin məsələsində Trampa təsir göstərməlidir”

turkiye parlamentinin sedri korfez olkeleri felestin meselesinde trampa tesir gostermelidir

“Səudiyyə Ərəbistanı Fələstin məsələsində ABŞ prezidenti Donald Trampa təsir göstərməlidir”.

 

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman APA-nın Türkiyə müxbirinin Yaxın Şərqdə baş verən hadisələrlə bağlı sualına cavabında deyib.

 

İ. Qəhrəman bildirib ki, Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin bu məsələdə Donald Trampa təsir güclərindən istifadə etməməsi doğru deyil: “Onlar səhv edir. Bu gün “mənə toxunmur”, - deyə düşündüyümüz məsələ sabah bizə gəlib çatar. Bu, bumeranqdır. Beynəlmiləl dəyərlərdən, hüquq normalarından, humanist duyğu və düşüncələrdən uzaqlaşanda sabah siz də bu problemlərin içinə girərsiniz. Bu mövqe səhvdir, düzəldilməsi lazımdır”.

 

İ. Qəhrəman mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının İstanbulda Yaxış Şərqdəki hadisələrə dair fövqəladə zirvə toplantısının keçiriləcəyini diqqətə çatdırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273