Türkiyəli ekspertlər: “Baş verənlər Avropanın Ərdoğanın liderliyini qəbul edə bilməməsi ilə bağlıdır”

turkiyeli ekspertler bas verenler avropanin erdoganin liderliyini qebul ede bilmemesi ile baglidir

“Cərəyan edən proseslər Rəcəb Tayyib Ərdoğanın liderliyinin Avropa tərəfindən qəbul edilə bilməməsiylə bağlıdır”.

 

Bunu APA-ya açıqlamasında Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Rotterdamdakı Türkiyə konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirən “Güneş” qəzetinin köşə yazarı, “Ülke TV”-nin proqram aparıcısı, Avrasiya Bir Vəqfinin müdiri Ömər Özkaya söyləyib.

 

Ö. Özkaya deyib ki,  Avropa Şərq ölkələrində itirdiyi etibarını və nüfuzunu yenidən qazana bilmək üçün R. T. Ərdoğanın Türkiyə iqtidarından uzaqlaşdırılmasının əsas şərt olduğunu düşünür: “Ona görə də Türkiyəni Əfqanıstan və Pakistan kimi terrorun səngimədiyi ölkəyə çevirməyə çalışırlar. Ərdoğan sayəsində Türkiyə son illərdə çox inkişaf edib, Avropa da narahat edən budur. Buna  görə hər addımda Türkiyəyə badalaq qurmağa çalışırlar”

 

Makedoniyadakı Beynəlxalq Vizyon Universitetinin prorektoru, Ankaradakı Kafkas Stratejik Araşdırmalar Mərkəzinin sədri Həsən Oktay APA-ya  açıqlamasında bildirib ki, Hollandiya Almaniya və Avstriya ilə birlikdə hərəkət edir: “Əsas məqsəd Ukrayna böhranında Rusiyaya qarşı açıq şəkildə öz mövqeyini nümayiş etdirməyən Türkiyəni Avropanın gözündən salmaqdır. Bunun da adını “Türkiyə öz daxili məsələlərini Avropaya gətirməsin”- qoyurlar. Yaxın gələcəkdəki seçkilərdə hər üç ölkə Türkiyəyə qarşı həyata keçirilən bu təzyiqlərdən öz daxili siyasətində də istifadə edəcək. Türkiyə təmkinli davranmalı və qurulan tələni görərək diplomatiya yollarından istifadə etməlidir. Avropanın məqsədlərindən biri də Türkiyəni emosional  davranmağa məcbur etmək və başqa ittifaqlar barədə düşünməyə məcbur etməkdir. Bu da bizə qarşı qurulmuş  tələdir. Biz öz hədəfimizdən vaz keçməməli və təmkinli davranaraq, burulğandan çıxmalıyıq. Əks-təqdirdə Avropada yüksəlməkdə olan siyasi trendlərin dəyirmanına su tökərik. Diplomatiya yollarından axıra qədər istifadə edilməli və Avropa İttifaqı ümidlərinin tükədilməsinə qətiyyən yol verilməməlidir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dil pozuntularinin qarsisini almaq ucun ceza tedbirleri hazirlanacaq
    Dil pozuntularının qarşısını almaq üçün cəza tədbirləri hazı...
  • nazirlik 80 elili istirahete gonderib
    Nazirlik 80 əlili istirahətə göndərib
nazirlik 80 elili istirahete gonderib nazirlik 80 elili istirahete gonderib +2
MƏZƏNNƏ
FOREX
/ 30 May, 2017

USD
1.702
 
EUR
1.8939
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ