Yaponiyada leysan yağışları qurbanlarının sayı 35 nəfərə çatıb - YENİLƏNİB-2

yaponiyada leysan yagislari qurbanlarinin sayi 35 nefere catib yenilenib 2

Yaponiyada leysan yağışlar nəticəsində 35 nəfər ölüb.

 

 

APA-nın “NHK” telekanalına istinadən verdiyi xəbərə görə, 4 nəfər ağır vəziyyətdədir. 47 nəfərin isə itkin düşdüyü bildirilir.

 

 

Hazırda 48 min polis, xüsusi mühafizə qüvvələri, yanğından mühafizə xidmətinin əməkdaşları axtarış-xilasetmə işləri aparır.

 

 

Baş nazir Şinzo Abe daşqınlardan təsirlənən ərazilərdə vəziyyətin olduqca ciddi qiymətləndirib.

 

 

Qeyd edək ki, cümə günündən başlayan güclü yağışlar Yaponiyanın mərkəzi və cənub-qərb hissələrində ciddi  fəsadlar törədib.

 

***

 

Saat 07:48

Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 15 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

 

Son məlumatlara əsasən, artıq 50-dən çox insan itkin düşmüş hesab olunur.

 

Təbii fəlakət bölgəsində xilasedici əməliyyatlar davam etdirilir.

 

***

 

05:16

 

Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 6 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

 

Məlumata əsasən, azı 38 nəfər itkin düşmüş hesab olunur.

 

***

 

03:36

 

Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri  4 nəfərin həyatına son qoyub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, daha 38 nəfər itkin düşmüş hesab olunur.

 

Ölkənin  bir sıra prefekturasında yaşayan 500 minə yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub. Onlardan 250 minə yaxını Kioto prefekturasının sakinləridir. Əyalətin bəzi çaylarında suyun səviyyəsi kritik səviyyəni ötüb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267