Yaponiyada leysan yağışları qurbanlarının sayı 140 nəfərə çatıb - YENİLƏNİB

yaponiyada leysan yagislari qurbanlarinin sayi 140 nefere catib yenilenib

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində  ölənlərin sayı 140 nəfərə çatıb, 70 nəfər itkin düşmüş hesab edilir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xilasedici əməliyyatlara  75 min nəfər cəlb edilib.

 

Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib. Ölkənin bir sıra bölgəsinə qısa müddət ərzində 1000 mm-dən çox yağıntı düşüb. Leysan yağışlar çayların məcrasından çıxması və torpaq sürüşmələrinə səbəb olub.

 

Qeyd edək ki, bu, daşqınlar nəticəsində ölüm halların görə Yaponiya tarixində ikinci ən irimiqyaslı təbii fəlakətdir. 1953-cü ildə Küsü adasında baş verən daşqınlar nəticəsində 759 nəfər ölmüş, 450 min insan evsiz qalmışdır.
 

 

***

 

20:24

 

Yaponiyada leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 126 nəfərə çatıb.

 

 APA-nın məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib.

 

Bundan əvvəl 120 nəfərin öldüyü bildirilirdi. Son məlumatlara əsasən, Okayama prefekturasında daha 6 nəfərin meyiti aşkarlanıb.

 

Qeyd edək ki, Yaponiyada leysan yağışlar “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267