Yeni Zelandiya ABŞ diplomatını ölkədən qovub

yeni zelandiya abs diplomatini olkeden qovub

Yeni Zelandiya hökuməti kriminal hadisə zamanı burnu sınan və gözünün altı qançır olmuş amerikalı diplomatı ölkədən çıxarıb.

 

APA-nın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, martın 12-də ABŞ səfirliyinin yerləşdiyi Vellinqton şəhərində polisə müraciət edilib.

 

Nə baş verdiyi açıqlanmasa da, mətbuata kriminal hadisə baş verdiyi məlum olub. Olayda ABŞ səfirliyinin texniki attaşesi Kolin Uaytın da iştirak etdiyi üzə çıxıb. Səfirlik əməkdaşları diplomatik toxunulmazlığa malik olduğu üçün heç kim saxlanılmayıb. Ancaq ciddi hüquq pozuntusu olduğu üçün Yeni Zelandiya Xarici İşlər Nazirliyi ABŞ səfirliyindən K. Uaytın diplomatik toxunulmazlıqdan məhrum edilməsini xahiş edib. Ancaq ABŞ səfirliyi bu xahişə mənfi cavab verib. Buna görə də Yeni Zelandiya Xarici İşlər Nazirliyi K. Uaytın ölkəni tərk etməsini tələb edib.

 

Olayla bağlı araşdırma davam edir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
  • erdogan avropa ittifaqi xristian ittifaqidir
    Ərdoğan: “Avropa İttifaqı xristian ittifaqıdır”
erdogan avropa ittifaqi xristian ittifaqidir erdogan avropa ittifaqi xristian ittifaqidir +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ