Zərif: “ABŞ təcrid olunmuş vəziyyətə düşüb”

zerif abs tecrid olunmus veziyyete dusub

ABŞ təcrid olunmuş vəziyyətə düşüb.

 

APA-nın xəbərinə görə, bunu özünün “Twitter” səhifəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yazıb.

 

Onun sözlərinə görə, ABŞ-dan başqa bütün ölkələr İranın nüvə proqramı üzrə sazişə sadiq qalmağa üstünlük verirlər.

 

Zərif həmçinin vurğulayıb ki, İran ABŞ tərəfindən atılan istənilən addımlara qarşı cavab vermək hüququna malikdir.

 

Qeyd edək ki, iyulun 6-da Vyanada “altılıq” dövlətlərinin xarici işlər nazirləri, Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini və Məhəmməd Cavad Zərifin iştirakı ilə İranın nüvə proqramı üzrə görüş keçirilib. Sazişdən birtərəfli qaydada çıxan ABŞ-dan heç kim görüşə qatılmayıb.

 

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. O həmçinin bildirib ki, Vaşinqton İrana qarşı bütün sanksiyaları bərpa etmək və əlavə iqtisadi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267