Aİ xüsusi nümayəndəsinin Cənubi Osetiyaya səfəri Gürcüstanın narazılığına səbəb olub

ai xususi numayendesinin cenubi osetiyaya seferi gurcustanin naraziligina sebeb olub

Avropa İttifaqının Gürcüstan nümayəndəliyinin rəhbəri Yanoş Herman bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan xarici işlər nazirinin müavini David Dondua Y. Hermandan Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Cənubi Osetiyaya səfəri ilə bağlı izahat verilməsini istəyib. Belə ki, H. Zalber işğal altında olan Cənubi Osetiyaya səfəri zamanı apreldə keçirilən qondarma  prezident seçkilərində qələbə qazanan Anatoli Bibilovu təbrik edib.

 

Qeyd edək ki, H. Zalber Gürcüstanın ərazi bütövlüyünə dair keçirilən Cenevrə danışıqlarında həmsədrlərdən biridir. O, 2014-cü ildə Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub. Bundan əvvəl H. Zalber Almaniya Xarici İşlər Nazirliyində, Almaniyanın Serbiya, Avstriya və Rusiyadakı səfirliklərində çalışıb. O, ATƏT-nın Almatıdakı mərkəzinə və ATƏT-nın münaqişələrin qarşısının alınmasına dair mərkəzinə rəhbərlik edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ