Almaniya xarici işlər naziri Trampı tənqid edib

almaniya xarici isler naziri trampi tenqid edib

Almaniya xarici işlər naziri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın təxribatına reaksiyasını tənqid edib.

 

APA-nın məlumatına görə, Z. Qabriel “Redaktionsnetzwerk Deutschland” nəşr qrupuna müsahibəsində deyib ki, şəxsi qolf klubunda oturub cəhənnəm barədə danışmaq düzgün reaksiya deyil və belə məsuliyyətsizlik şok durum yaradır.

 

Bununla belə, Almaniya xarici işlər naziri qarşıdurmanın gərginləşməsinə görə əsas məsuliyyətin Şimali Koreya lideri Kim Çen Inın üzərində olduğunu vurğulayıb. Z. Qabriel ABŞ və Cənubi Koreyanı avqustun 21-də planlaşdırılan hərbi təlimi “mümkün qədər az təhrikedici formada” keçirməyə çağırıb: “Əks halda Şimali Koreya bu təlimləri bəhanə edərək Guam adasına orta mənzilli raketlərlə zərbə endirmək kimi yeni təxribatlara əl ata bilər”.

 

Almaniya xarici işlər naziri Rusiya və Çini Pxenyana təzyiqləri artırmağa da çağırıb: “Qonşu ölkələrin Şimali Koreyanın ağılsız hərəkətlərindən qorunmaq üçün nüvə silahları ilə silahlanması Çinin maraqlarına uyğun ola bilməz”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
13:04 18 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • semkirde yol qezasinda xesaret alanlarin kimliyi melum olub yenilenib
    Şəmkirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub ...
  • italiya prezidentine heyder eliyev ordeni teqdim edilib
    İtaliya prezidentinə “Heydər Əliyev” ordeni təqdim edilib...
italiya prezidentine heyder eliyev ordeni teqdim edilib italiya prezidentine heyder eliyev ordeni teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9794
 
RR
0.0271