Almaniyada "Mercedes" istehsalçısı manipulyasiyaya görə 3,75 milyard avro cərimələnə bilər

almaniyada mercedes istehsalcisi manipulyasiyaya gore 3 75 milyard avro cerimelene biler

Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi "Daimler" konserninin avtomobillərində qadağan edilmiş 5 proqram aşkarlayıb.

 

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, həmin proqramlar mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandırır.

 

Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi bu proqram funksiyaları ilə "Avro-6" normalarına uyğun istehsal edildiyi bəyan olunan 1 milyona qədər dizel mühərrikinə malik avtomobilin təchiz edilməsindən şübhələnir. "Daimler" konserninin mətbuat xidməti Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi ilə şəffaf və geniş əməkdaşlıq etdiklərini açıqlayıb. Bununla belə, "Daimler" konserni araşdırmanın mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandıran proqramlara bağlı olduğunu təkzib edib.

 

"Daimler" rəhbəri Diter Tsetşe iyunun 11-də Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsində avtomobillərdə mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandıran qadağan edilmiş proqramlara bağlı məsələyə aydınlıq gətirməlidir. Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi bundan əvvəl 750 min "Mercedes" markalı avtomobildə belə proqramların quraşdırıldığının ehtimal edildiyini açıqlayıb. Əgər bu təsdiqini taparsa, konserni 3,75 milyard avro cərimə gözləyir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272