Ankara Çağdaş Sənət Mərkəzinin sərgi zalına Andrey Karlovun adı verilib

ankara cagdas senet merkezinin sergi zalina andrey karlovun adi verilib

Ankara Çağdaş Sənət Mərkəzinin sərgi zalına 2016-cı il dekabrın 19-da burada öldürülən Rusiya səfiri Andrey Karlovun adı verilib.

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu mərkəzin yerləşdiyi Ankaranın Çankaya rayon bələdiyyəsinin sədri Alper Taşdələn deyib. “Terrorçuluq bütün bəşəriyyətə qarşı olan bir cinayətdir. Terrorçunun dini və milliyyəti yoxdur, biz onların hamısını qınayırıq. Karlovun xatirəsi həmişə bu zalda yaşıyacaq”.
 
Qeyd edək ki, Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə də Andrey Karlovun adı verilib. Bu təşəbbüslə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

 

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Çağdaş Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən öldürülüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida torpaq surusmesi yeniden aktivlesib
    Şamaxıda torpaq sürüşməsi yenidən aktivləşib
  • cocuq mercanlida xeyli sayda qelpe askarlanib
    Cocuq Mərcanlıda xeyli sayda qəlpə aşkarlanıb
cocuq mercanlida xeyli sayda qelpe askarlanib cocuq mercanlida xeyli sayda qelpe askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ