Avropa Şurası Ermənistanı milli azlıqların dilinə diqqətsizlikdə günahlandırıb

avropa surasi ermenistani milli azliqlarin diline diqqetsizlikde gunahlandirib

"Ermənistan hakimiyyət orqanlarının passiv münasibəti ölkədəki milli azlıqların dillərinin qorunmasında əsas əngəllərdən biridir".

 

APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, bu barədə Regional və milli azlıqların dilləri barədə Avropa Xartiyasına dair Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti barədə qurumun yaydığı hesabatda deyilir.

 

Hesabata əsasən milli azlıqların dilləri və mədəniyyətlərinin tanınması, onların malliyə problemlərinin həlli, milli azlıqların dillərinin qorunmasına münasibətin dəyişməsi istiqamətlərində Ermənistan hakimiyyəti daha çox iş görməlidir.

 

2016-cı il may ayınadək dövrü əhatə edən hesabatda Ermənistandakı 5 milli azlığın vəziyyətinə diqqət yönəlib: rus, yunan, assuriya, kürd və yezidi. Rus dili ilə bağlı ölkədə vəziyyət qənaətbəxş olduğu halda, hesabat müəllifləri qeyd edib ki, yunan dili milli azlıq dili kimi Ermənistanda tamamilə yoxa çıxa bilər. Həmçinin assuriya, kürd və yezidi dillərinin təbliğində müəyyən çatışmazlıqların olduğu bildirilib. Belə ki, hüquqi imtiyazlara baxmayaraq, bu dilləri öyrədən müəllimlərin azlığı müşahidə olunur və onlar həm ictimai, həm də müstəqil media məkanında çox az həcmdə təmsil olunur.

 

Məruzə müəlliflərin qənaətinə görə, milli azlıqların təşəbbüsü ilə folklor festivalları keçirən Ermənistan hakimiyyəti bununla bağlı məsuliyyəti yerli hakimiyyət orqanların üzərinə qoyur. Halbuki Ermənistanın 2002-ci ildə qoşulduğu Xartiyaya əsasən milli azlıqların dillərinin təşviqi və qorunması birbaşa hökumətin üzərinə qoyulan öhdəlikdir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
  • koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir
    “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarı...
koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ