Böyük Britaniya vətəndaşının ölümündə Rusiyanı günahlandırıb

boyuk britaniya vetendasinin olumunde rusiyani gunahlandirib

Rusiya Eymsberi şəhərində Britaniya vətəndaşının ölümü ilə nəticələnən hücum həyata keçirib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson bəyan edib.

 

“Həqiqət ondan ibarətdir ki, Böyük Britaniya ərazisində törədilən hücumun arxasında Rusiya durur. Və bu hücum Böyük Britaniya vətəndaşının ölümü ilə nəticələnib. Əminəm ki, dünya ictimaiyyəti birləşərək bu hərəkətləri pisləyəcək ”, deyə Q. Uilyamson bildirib.

 

Qeyd edək ki, iyunun 30-da zəhərlənmə əlamətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 44 yaşlı Don Storces ötən gün xəstəxanada vəfat edib. Onunla birgə sinir iflicedici maddədən zəhərlənən 45 yaşlı Çarlz Roulinin vəziyyəti kritikdir. Hər iki şəxsin “Noviçok'' maddəsindən zəhərləndiyi bildirilir.

 

Martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Eymsberi şəhərinin yaxınlığında yerləşən Solsberidə küçədə huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti  hər iki şəxsin “Noviçok” adlı kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Sergey Skripal mayın 18-də, onun qızı isə aprel ayında  xəstəxanadan buraxılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268