Ərdoğan: "Referendumda qəbul olunmuş dəyişikliklər gələn ilin noyabr seçkilərindən sonra qüvvəyə minəcək"

erdogan referendumda qebul olunmus deyisiklikler gelen ilin noyabr seckilerinden sonra quvveye minecek

“Keçən il aprelin 16-da keçirilən referendumda parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçilməsinə səs verən xalqımın hər bir nümayəndəsinə təşəkkür edirəm”.
 
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında bildirib.
 
 
R. T. Ərdoğan deyib ki, referendumda qəbul edilən dəyişikliklər gələn ilin noyabrında keçiriləcək prezident seçkilərində həyata keçəcək: “İnşallah, AKP və Milliyətçi Hərəkat Partiyasının bir araya gələcəyi Cümhur İttifaqı 2019-cu ildə prezident və parlament seçkilərində iştirak edəcək”.
 
 
Qeyd edək ki, bu gün Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 2019-cu il noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib. Parlamentdə qrup toplatısında çıxışından əvvəl isə R. T. Ərdoğan jurnalistlərə açıqlamasında növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklifi ilə bağlı MHB lideri Dövlət Baxçalı ilə görüş keçirəcəyini bildirib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267