Ərdoğan: "Ey Tramp, sən nə etmək istəyirsən?!"

erdogan ey tramp sen ne etmek isteyirsen

“Donald Tramp Qüdsü İsrailin paytaxtı elan etməklə BMT qərarlarını heçə saydı”.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfərindən öncə hava limanında çıxışı zamanı deyib. O, Trampın nə etmək istədiyini anlaya bilmədiyini söyləyib: "Qüds müsəlmanların, xristianların, qismən də müsəvilərin ibadətgahı kimi tanınıb. Məscidi-Aksa müsəlmanların ilk qibləsidir. Belə bir qərar bölgəni alovun içinə atmaqdır. Ey Tramp, sən nə etmək istəyirsən?! Siyasi liderlər qarışdırmaq üçün deyil, barışdırmaq üçün mövcud olur. Hörmətli Tramp güclüyəm, o səbəblə haqlıyam deyirsə, yanılır. Haqlı olan güclüdür". 

 

R. T. Ərdoğan dekabrın 13-də, çərşənbə günü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının keçiriləcəyini bildirib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. O, ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib yenilenib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb - YENİLƏNİB...
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267