Ərdoğan: “Türkiyədə Avropa İttifaqı ilə danışıqlardan çıxmaq barədə referendum keçirilə bilər”

erdogan turkiyede avropa ittifaqi ile danisiqlardan cixmaq barede referendum kecirile biler

Türkiyədə Avropa İttifaqına üzvlüyə dair danışıqlardan çıxmaq barədə referendum keçirilə bilər.

 

APA-nın məlumatına görə, bunu Ankarada çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 

“54 ildir ki bizi Avropa İttifaqının qapıları arxasında gözlədirlər. Amma indi biz oturub danışacağıq və lazım gəlsə bu məsələ ilə bağlı ümumxalq səsvermə  keçirəcəyik. Avropa İttifaqının təsisçilərindən biri olan Böyük Britaniya qurumu tərk edir. Norveç də Avropa İttifaqının kənarındadır. Biz xalqın rəyini öyrənəcəyik. Xalq nə desə, o da olacaq”, deyə Ərdoğan bildirib.

 

Onun sözlərinə görə, Avropa İttifaqı vədlərinə əməl etmədiyi təqdirdə fəsadlarla üz-üzə qalacaq: “Terrorçu təşkilatları dəstəkləmək olmaz, Türkiyə heç bir zaman öz sərhədləri daxilində hər hansı terrorçu qurumun yaradılmasına imkan verməyəcək”, deyə Türkiyə prezidenti qeyd edib.

 

Suriyada keçirilmiş “Fərat qalxanı” əməliyyatına toxunan Ərdoğan deyib: “Türkiyə terrorçulardan qurtulmaq üçün istənilən əməliyyatı keçirməyə hazırdır. Yaxın gələcəkdə bu istiqamətdə görülən işlər gücləndiriləcək”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telman ismaylovun las veqasdaki ticaret merkezine hebs qoyulub
    Telman İsmaylovun Las Veqasdakı ticarət mərkəzinə həbs qoyul...
  • bakida namelum sexsler menzile basqin ederek 1 neferi qetle yetirib 2 neferi yaralayiblar
    Bakıda naməlum şəxslər mənzilə basqın edərək 1 nəfəri qətlə ...
bakida namelum sexsler menzile basqin ederek 1 neferi qetle yetirib 2 neferi yaralayiblar bakida namelum sexsler menzile basqin ederek 1 neferi qetle yetirib 2 neferi yaralayiblar +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2017

USD
1.7022
 
EUR
1.9015
 
RR
0.0283
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ