Ərdoğan Yunanıstanın baş naziri ilə türk hərbçilərin ekstradisiyasını müzakirə edib

erdogan yunanistanin bas naziri ile turk herbcilerin ekstradisiyasini muzakire edib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Çinə səfəri çərçivəsində Yunanıstanın baş naziri Aleksis Tsipras ilə görüşüb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, görüşdə dövlət çevrilişi cəhdində ittiham olunan 8 türk hərbçinin ekstradisiyası məsələsi müzakirə edilib.

 

Qeyd edək ki, Afina Apelyasiya Məhkəməsi ötən həftə hərbi çevriliş cəhdində ittiham olunan 8 türk hərbçidən ikisinin ekstradisiya olunmasına dair Türkiyə hökumətinin sorğusunu təmin etməkdən imtina edib. Xatırladaq ki, Türkiyədə ötən ilin iyulunda çevriliş cəhdinin qarşısı alındıqdan sonra türk ordusunun 8 zabiti helikopterlə Yunanıstana qaçıb. Bundan əvvəl məhkəmə daha 6 fərarinin ekstradisiyasına dair sorğunu rədd edib.  

 

Ərdoğan-Tsipras görüşünün qapalı şəraitdə keçdiyi bildirilir.  Görüş bir saatadək davam edib. Türkiyə liderinin administrasiyasındakı mənbənin məlumatına görə, Ərdoğan görüşdə Afinanın imtinasının iki ölkə münasibətlərində problemə səbəb olduğunu qeyd edib.  

 

Ərdoğan Ankaranın hərbçilərin ekstradisiyası məsələsində Afinanın müvafiq addımlar atacağını gözlədiyini qeyd edib.  

 

Ərdoğan və Tsipras həmçinin Kipr münaqişəsinin nizamlanması mövzusuna toxunublar. Tərəflər nizamlanmaya nail olmaq və dialoqun davam etdirilməsi üçün səylərin artırılmasının vacibliyini qeyd edib.

 

Liderlər həmçinin Egey dənizi hövzəsində gərginliyin azaldılmasının və digər məsələlərin dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıblar.  

 

Qeyd edək ki, Ərdoğan Pekinə səfəri çərçivəsində Pakistanın baş naziri Navaz Şərif və Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.  

 

Xatırladaq ki, mayın 14-də Pekində “Bir kəmər – bir yol” İpək Yolu ölkələrinin forumu öz işinə başlayacaq. Forumda 29 ölkənin rəsmi şəxslərinin iştirakı gözlənilir.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyadan turkiyeye ucan teyyare sernisinler dalasmasi sebebinden tecili enis edib
    Rusiyadan Türkiyəyə uçan təyyarə sərnişinlər dalaşması səbəb...
  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
iran turkmenistani mehkeme ile hedeleyib iran turkmenistani mehkeme ile hedeleyib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ