Britaniyanın Eymsberi şəhərində sinir iflicedici maddədən zəhərlənən qadın xəstəxanada ölüb

britaniyanin eymsberi seherinde sinir iflicedici maddeden zeherlenen qadin xestexanada olub

Böyük Britaniyanın Eymsberi şəhərində sinir iflicedici maddədən zəhərlənən iki nəfərdən biri ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotlend-Yardın açıqlamasında bildirilir.

 

Məlumata görə, iyunun 30-da zəhərlənmə əlamətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 44 yaşlı Don Storces xəstəxanada vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

 

Onunla birgə sinir iflicedici maddədən zəhərlənən 45 yaşlı Çarlz Roulinin vəziyyəti kritikdir. Hər iki şəxsin “Noviçok'' maddəsindən zəhərləndiyi bildirilir.

 

Martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Eymsberi şəhərinin yaxınlığında yerləşən Solsberidə küçədə huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti  hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Sergey Skripal mayın 18-də, onun qızı isə aprel ayında  xəstəxanadan buraxılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268