Gürcüstan parlamentinin azərbaycanlı deputatına qarşı zorakılıq ittihamı irəli sürülüb

gurcustan parlamentinin azerbaycanli deputatina qarsi zorakiliq ittihami ireli surulub

Gürcüstan parlamentinin azərbaycanlı deputatı, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Azər Süleymanova qarşı zorakılıq ittihamı irəli sürülüb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə,  bu barədə A. Süleymanov Rustavi prokurorluğunda dörd saatdan çox davam etmiş dindirilmə və ittihamın irəli sürülməsi prosedurundan sonra bildirib.

 

O, ittihamla razılaşmayaraq, onun siyasi xarakter daşıdığını deyib: “Bu, Baş Prokurorluğun Vahid Milli Hərəkat partiyasına qarşı növbəti siyasi oyunudur. Mənim Marneulidəki insidentdə heç bir günahım yoxdur”.

 

Marneulidə baş vermiş insidentin qurbanı yerli sakin Elçin Allahverdiyevin vəkili Yekaterina Midodaşvili bildirib ki, müdafiə etdiyi şəxs ifadəsində A. Süleymanovu onu fiziki təhqirə məruz qoyduğunu, Marneulinin icra başçısı Temur Abazovun isə ona qarşı seksual xarakterli zorakılıqla hədə-qorxu gəldiyini deyib.

 

Qeyd edək ki, bu gün Marneuli rayonunun icra başçısı T. Abazov E. Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətinə görə saxlanılıb. Faktla bağlı istintaqa A. Süleymanov da cəlb olunub. Deputatın toxunulmazlığı onu saxlanma və həbsdən müdafiə edir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:23 25 İyun
13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267