Gürcüstanda Azərbaycan dilli məktəbin tikintisinə başlanılıb

gurcustanda azerbaycan dilli mektebin tikintisine baslanilib

Gürcüstanın Marneuli rayonunda 1 saylı Azərbaycan dilli ictimai məktəbin inşasına start verilib.

 

APA-nın yerli bürosunun məlumatına görə, Marneuli rayon başçısı səlahiyyətlərini icra edən Zaur Tabatadze, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və digər rəsmi şəxslər məktəbin tikinti prosesi və layihəsi ilə tanış olublar.

 

196 şagird üçün nəzərdə tutulmuş məktəbin inşasının 2019-cu ilin aprel ayında başa çatacağı nəzərdə tutulub. Tikinti işlərinə dövlət büdcəsindən 1 514 760 lari vəsait ayrılıb.

 

Qeyd edək ki, Marneulidə 1 saylı Azərbaycan dilli məktəbin binası 2016-cı ilin aprelində yararsız olduğundan sökülüb. Məktəbin müəllim və şagirdləri rayonunun 8 saylı məktəbinə köçürülüb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268