Gürcüstanda azərbaycanlı gənclər dövlət qurumlarında təcrübə keçəcək

Gürcüstanda milli azlıqları təmsil edən gənclərin dövlət idarələrində təcrübə keçməsi üçün növbəti proqram elan olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili proqramın detallarını təqdim edib. O bildirib ki, təcrübə proqramının əsas məqsədi etnik azlıqların məşğulluğu ilə bağlı perspektivlərin yaxşılaşdırılmasıdır: “Bu proqram gənclərin gələcək karyeraları üçün unikal şansdır. Təcrübə proqramı etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası prosesinə əhəmiyyətli töhfə verəcək”.
 
Tədbirdə çıxış edən təhsil və elm nazirinin müavini  Lia Giqauri “1+4” proqramının müsbət nəticələri barədə danışıb: “Təcrübə proqramı milli azlıqlardan olan gənclər üçün peşə təcrübəsinə yiyələnmək baxımından çox vacibdir. Dövlət qurumlarında təcrübə keçməkdə maraqlı olan gənclərin müraciətləri bu gündən etibarən qəbul olunacaq”.
 
Dövlət idarələrində təcrübə proqramından “1+4” proqramı üzrə ali təhsil alan və ya təhsilini başa vurmuş azərbaycanlı və erməni gənclər yararlana biləcəklər. Dövlət qurumlarındakı vakansiyalar www.hr.gov.ge saytında yerləşdiriləcək.
 
Qeyd edək ki, təcrübə proqramı ilə bağlı pilot layihə ötən il həyata keçirilib və layihə çərçivəsində 65 gənc 20 dövlət idarəsində təcrübə keçib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267