Gürcüstanın baş nazirliyinə namizəd bu gün məlum olacaq

gurcustanin bas nazirliyine namized bu gun melum olacaq

Gürcüstanın parlament çoxluğu bu gün baş nazir vəzifəsinə namizədlə bağlı müzakirə aparacaq.

 

APA-nın yerli bürosunun məlumatına görə, parlament çoxluğunun görüşü bu gün saat 17:00-da hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının baş ofisində keçiriləcək.

 

Müzakirələrdə hökumət başçısı postuna bir neçə nəfərin namizədliyi nəzərdən keçiriləcək. Namizədlər arasında Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzenin də olduğu bildirilir.

 

Baş nazir vəzifəsinə namizəd məlum olandan sonra həmin namizəd prezident Giorgi Marqvelaşviliyə təqdim olunacaq. Prezident 7 gün ərzində namizədi təsdiq olunması üçün parlamentə təqdim edəcək. Bundan sonra baş nazirliyə namizəd 7 gün ərzində komandasını formalaşdırmalı və hökumətin fəaliyyət proqramını təqdim etməlidir. Daha sonra parlament etimadın göstərilməsi üçün hökumətin tərkibi və proqramla bir həftə ərzində tanış olacaq. Yeni hökumət qanunverici orqanın 150 deputatının yarısından çoxunun dəstəyi ilə təsdiq olunacaq.

 

Qeyd edək ki, baş nazir Giorgi Kvirikaşvili ötən gün istefa verib. O, istefasının əsas səbəbi kimi hakim partiya rəhbərliyi ilə fikir ayrılıqlarının olduğunu göstərib. Onun istefasından sonra hökumət də tam tərkibdə istefaya göndərilib. 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267