Gürcüstanın sabiq baş prokuroru Dövlət Audit Xidmətinin rəhbərini döyüb

gurcustanin sabiq bas prokuroru dovlet audit xidmetinin rehberini doyub

Gürcüstanın Dövlət Audit Xidmətinin rəhbəri Laşa Tordiya hücuma məruz qalıb.

 

APA-nın "Rustavi 2" telekanalına istinadən verdiyi xəbərə görə, qurumun rəhbəri bildirib ki, hadisə mayın 12-də paytaxt Tbilisidə fəaliyyət göstərən "El Centro" gecə klubunda baş verib.


Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən L.Tordiya bəyan edib ki, ona hücum çəkən sabiq baş prokuror Otar Partsxaladzedir.

 

Hazırda Gürcüstanın baş auditoru həkim nəzarəti altında saxlanılır.

 

Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başlanıb.

 

Qeyd edək ki, O.Partsxaladze 2013-cü ilin noyabrında baş prokuror vəzifəsinə təyin edilsə də, həmin ilin dekabr ayında istefaya göndərilib. Buna səbəb onun 2001-ci ildə Almaniyada oğurluğa görə cinayət məsuliyyətinə cəlb olunmasıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ